İşıqlandırma sisteminin idarə edilməsi üzrə kompleks həll variantları

İşıqlandırma sisteminin idarə edilməsi üzrə kompleks həll variantları

6 aprel 2018 0000

Aleksandr Babkin, “Lutron, Eco Control Systems” şirkətinin satış üzrə beynəlxalq meneceri  

– “HOREX 2018” sərgisi çərçivəsində bizim stenddə mənzillər, mehmanxana, ofislər və digər obyektlərin işıqlandırma sisteminin idarə edilməsi üzrə kompleks həll variantları istehsal edən Amerikanın “Lutron” şirkətinin məhsullarının nümunələri təqdim edilir. Biz kiçik layihələr ilə yanaşı, bütün komplekslərin, binaların, otellərin və s. avtomatlaşdırılması kimi işləri hə həyata keçiririk.

Stendimizin ziyarətçiləri şüşə, plastik, metal kimi müxtəlif tətbiq sahələrində təqdim olunan “Lutron” şirkətinin idarəetmə panelləri, “Paladyum” məhsul xətti ilə tanış ola bilərlər. Biz həmçinin, uzaqdan idarəetmə funksiyası olan simsiz pərdəni nümayiş etdiririk.

Azərbaycanda bizim şirkətin rəsmi distribyutor olan “Eco Control Systems” şirkəti fəaliyyət göstərir və bu şirkətin əməkdaşı stenddə maraqlanan ziyarətçilərlə görüşməkdən məmnundur. Otelyerlər, otel inşaatçıları, satınalma menecerləri, mühəndisləri öz stendimizdə görmək istərdik. Bu günlərdə biz artıq gözlədiyimiz auditoriya ilə görüşlər keçirmiş və danışıqlar aparmışıq.

Bizim məqsədimiz Azərbaycanda bu bazar üçün yeni olan “Lutron” brendini və işıqlandırma sistemlərinin idarə edilməsi, temperatura nəzarət, pəncərə silindrləri və pərdələri üzrə şirkətin həll variantlarını təqdim etməkdir. Sərgini bəyənirik, Azərbaycanda interyer dizaynı, “ağıllı” evlər və digər sahələrdə belə tədbirlərin daha çox olmasını istərdik.

 


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN