4 aprel saat 12:00-da “Hyatt Regency” mehmanxanasında 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisinin mətbuat konfransı keçirildi. Mətbuat konfransında Aydın İsmiyev - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri, Edvard Stron – “ITE Group” şirkətinin regional direktoru, Cəmilə Quliyeva – sərgi meneceri və Nəzrin Şamxalova - tədbirlər üzrə menecer iştirak etmişdilər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 41 KİV nümayəndələri iştirak etmişdi, onların arasında televiziya və xəbər portalları: APA, ARB TV, Azertag, AzTv, CBC, ITV, 1news, Ses Tv, TREND, Sputnik və s.