Xozin Rinat, “Yataqan” şirkətinin satış bölməsinin rəhbəri
- Bizim zavod Moskvada yerləşir və “HoReCa” seqmentində, yeməklərin hazırlandığı kafe, restoran və digər məkanlarda havanın təmizlənməsi üçün əla avadanlıqlar istehsal edir və layihələndirir. Təmiz hava bizim işimizdir!
Şirkət avadanlıqların geniş model siyahısına malikdir. Biz bu gün stendimizdə “Yataqan Safe Life”, “Yataqan out” su filtrlərini, “Yataqan recycle” müstəqil hava təmizləyicisini, “Yataqan smoke” manqal və sobalar üçün aparatı təqdim edirik. Bu aparatlar istənilən ərazidə yerləşən ictimai iaşə obyektində ictimaiyyət üçün hər hansı narahatlıq olmadan quraşdırıla bilər, yəni, xoşagəlməz qoxular, tüstü, qığılcım və s. kənarlaşdırır. Bütün aparatlar elektrik enerjisi və ya su ilə işləyir. Bu isə rahat və sərfəlidir. Yeri gəlmişkən, bizim aparatlar yaşayış binalarında yerləşən kiçik çörək sexlərində də istifadə oluna bilər. Biz modellərimizin istismarının təhlükəsizliyinə zəmanət veririk və məhz bu xüsusiyyət sayəsində müəssisə yaradaraq gələcəkdə fəaliyyət göstərmək niyyətində olan insanları cəlb etmək istəyirik.
Bakıda keçirilən sərgidə daimi tərəfdaş, restoran və otel sahibləri ilə görüşərək onlara təqdim etdiyimiz avadanlıqların səmərəliliyi və etibarlılığı barədə məlumat vermək üçün debüt edirik. Hesab edirəm ki, sərgi bunun üçün ən yaxşı imkandır.