Biz Azərbaycanda distribyutor tapmaq niyyətindəyik

Biz Azərbaycanda distribyutor tapmaq niyyətindəyik

7 aprel 2017 0000

Georq Reymer (Georg Reimer), “Brunner Anliker” şirkətinin MDB ölkələri üzrə  ticarət təmsilçisi

– İsveçrənin “Brunner Anliker” şirkəti müxtəlif qida məhsullarının sənayedə emalı üçün avadanlıqların istehsalını həyata keçirir. Bizim şirkət beynəlxalq “Horex Caucasus-2017” sərgisinin debütantlarından biridir və bu tədbir sayəsində Azərbaycanda distribyutorlar tapmaq, eləcə dəyərli bazarın tələbatı barədə təsəvvür formalaşdırmaq niyyətindəyik.

Bizim stendimizdə peşəkar məsləhətlər almaq və şirkətin məhsullarını tanımaq mümkündür. Bu məhsullar arasında tərəvəz kəsən, ət emalı qurğusu, pendir sürtgəci, tərəvəzləri təmizləmək və yumaq üçün cihazlar, mikserlər, universal mətbəx avadanlıqları və digər məhsullar yer alır.

“Brunner Anliker” şirkəti 60 ildən artıqdır ki, fəaliyyət göstərir. Şirkət bu illər ərzində böyük peşəkar təcrübə toplayıb və biz hazırda yeni bazarlar axtarışındayıq. Biz Azərbaycanda iaşə və restoran biznesi sahəsində tərəfdaş tapmaqdan məmnun olardıq. Yeri gəlmişkən, bizim məhsullardan klinika və xəstəxanalarda da istifadə etmək olar. Bu sahədə fəaliyyət göstərən təcrübəli distribyutorları görüşə dəvət edirik.

Biz “Horex Caucasus” sərgisində iştirakı Azərbaycan bazarına daxil olmaq istiqamətində atılmış ilk addım hesab edirik. Ekspozisiyanın ziyarətçi və iştirakçılarının fəallığını qeyd edə bilərəm və biz bunun sayəsində bu başlanğıcın uğurlu olacağını proqnozlaşdıra bilərik.


Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN